17:38 19-04-2021
news_image
469
FUTBOL

"O klublar dərhal yarışlardan kənarlaşdırılmalıdır" – UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin yeni yaradılan Superliqaya üzv olan klubların cari mövsümdəki aqibətinə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı funksioner Çempionlar Liqası və Avropa Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanan komandaların turnirdən kənarlaşdırılacağını istisna etməyib.

Çeferin bildirib ki, Superliqa klublarını Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırmaq UEFA-nın qaydaları çərçivəsindədir. Bu baş verərsə, “Mançester Siti”, “Real”, “Çelsi”, “Mançester Yunayted” və “Arsenal” avrokuboklardan çıxarılacaq, PSJ Çempionlar Liqasının qalibi elan ediləcək.

Çeferin əlavə edib ki, 12 klubun Superliqaya qatılması onların planlarına təsir etməyəcək: “Həmin 12 klub olmadan da gələn mövsümdən Çempionlar Liqasını davam etdirəcəyik. Avropada kifayət qədər klub var. Vəziyyəti qiymətləndirməyə davam edirik. Məlumat gecə yayıldığından, bütün qərarları bir anda vermək çətindir. Hüquqşünaslar bu məsələ üzərində işləyirlər. Şəxsi fikrim budur ki, o klublar dərhal yarışlardan kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, yeni yaradılan Superliqanın avqustda startı planlaşdırılır.