10:13 20-04-2021
news_image
692
FUTBOL

Bolqarlar imtina etdi – “Neftçi”nin futbolçusundan

İcarə əsasında “Neftçi”də çıxış edən Ahmed Ahmedovun gələn mövsüm karyerasını harada davam etdirəcəyi sual altına düşüb.

Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, yayda “Neftçi”ni tərk edəcək hücumçu müqavilə ilə məxsus olduğu Sofiya MOİK-inə də qayıtmayacaq.

Bolqarıstan klubunun baş məşqçisi Lyuboslav Penev 26 yaşlı forvardın xidmətində maraqlı deyil. O, rəhbərlikdən daha təcrübəli və səviyyəli hücumçular alınmasını tələb edib. Çalışdırıcı Jordi Kaysedo və Bismark Çarlesin saxlanılması, ancaq əsas heyətdə oynayacaq bir qolçu alınmasını istəyib.

Qeyd edək ki, “Neftçi”nin qış fasiləsində icarəyə götürdüyü Ahmed Ahmedov hələ də qol hesabını açmayıb və əsas heyətə düşə bilmir. Əgər o, Bakı klubunda qalsa, qarşı tərəfə 150 min avro ödənməlidir.