10:38 20-04-2021
news_image
114
FUTBOL

“Ən çətin dönəmi “Zirə”də yaşadım” – braziliyalı hücumçu

“Zirə”yə keçməzdən əvvəl 3 ay klubsuz qalmışdım. Bu üzdən çətinliklərlə üzləşməyim normaldır”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin sabiq hücumçusu Kayo Rangel Braziliya mətbuatına açıqlamasında deyib.

Ötən ilin yayında azad agent kimi Bakı klubuna keçən və cəmi 6 ay sonra ölkəsinə qayıdan 25 yaşlı futbolçu həmin günləri xatırlayıb. Rangel bunu karyerasının ən uğursuz dönəmi hesab edib: “Orada sıfırdan başlayırdım. Ancaq ikinci oyunda zədələndim. Daha sonra koronavirusa yoluxdum və az oynadım. Futbolda ən çətin dönəmi orada yaşadım”.

Qeyd edək ki, “Zirə”nin heyətində Premyer Liqada cəmi 3 matçda (98 dəqiqə) iştirak edən Kayo Rangel hazırda Braziliyada “Santo Andre” klubunun formasını geyinir.