14:47 20-04-2021
news_image
445
AVRO-2020

Bundestimdən rekord, yığmamız kənarda – AVRO-2020-yə doğru

Bu ilin iyununda AVRO-2020-yə start veriləcək.

Apasport.az saytının məlumatına görə, sayca 16-cı turnir iki yığma üçün debütlə əlamətdar olacaq.

Finlandiya və Şimali Makedoniya tarixində ilk dəfə final mərhələsi həyəcanı yaşayacaq. Bununla da qitə çempionatında iştirak edən komandaların sayı 35-ə çatacaq.

Əvvəlki 15 turnirdə 33 yığma mübarizə aparıb. Əvvəl AFR adı ilə çıxış edən Almaniya turnirin rekordçusudur. Bundestim 13-cü dəfə final mərhələsində oynayacaq.

SSRİ-nin varisi sayılan Rusiyanın 12 iştirakı var. İlk “üçlüy”ü 11 dəfə həlledici raunda qatılan İspaniya qapayır.

Yeri gəlmişkən, Rusiya kimi Çexiya Çexoslovakiyanın, Serbiya Yuqoslaviyanın varisi sayılır. Hazırda UEFA üzvü olan 55 ölkədən 20-si final mərhələsi görməyib. Kənarda qalanlardan biri də Azərbaycan yığmasıdır.

1. Almaniya - 13*
2. Rusiya - 12*
3. İspaniya - 11*
4-8. Çexiya - 10*
İngiltərə - 10*
Fransa - 10*
İtaliya - 10*
Niderland - 10*
9. Danimarka - 9*
10. Portuqaliya - 8*
11. İsveç - 7*
12-13. Belçika - 6*
Xorvatiya - 6*
14-17. Rumıniya - 5
Serbiya - 5 
İsveçrə - 5*
Türkiyə - 5*
18-20. Yunanıstan - 4
Macarıstan - 4*
Polşa - 4*
21-24. Avstriya - 3*
İrlandiya - 3 
Şotlandiya - 3*
Ukrayna - 3*
25-27. Bolqarıstan - 2
Slovakiya - 2*
Uels - 2*
28-35. Albaniya - 1
Finlandiya - 1*
İslandiya - 1
Latviya - 1 
Şimali Makedoniya - 1*
Şimali İrlandiya - 1 
Norveç - 1 
Sloveniya – 1

Qeyd: “*” işarəsi AVRO-2020-də oynayacaq komandaları göstərir.