15:12 20-04-2021
news_image
139
FUTBOL

Yarımfinalda ilk oyunların hakimləri açıqlandı – Azərbaycan kubokunda

Azərbaycan kubokunda yarımfinal mərhələsinin bütün təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.

“Sumqayıt” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək. “Keşlə” – “Zirə” oyunu isə Kamal Umudluya həvalə olunub.

21 aprel (çərşənbə)

“Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”, 20:30

“Keşlə” – “Zirə”
Hakimlər:
Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 18:30