19:47 20-04-2021
news_image

Güləşçilərimizdən finala çıxan olmadı, 3 bürünc şansı – Avropa çempionatında

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib.

Əhmədnəbi Qvarzatilov startda Almaniya güləşçisinə vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finalda ukraynalı rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qvarzatilov aprelin 21-də təsəlliverici görüşə çıxacaq.

Əşrəf Aşırov üçün AÇ-də debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarına minimal fərqlə uduzub.

Hacımurad Məhəmmədsəidov 1/8 finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub. Rəqib finala qədər irəlilədiyi üçün təmsilçimiz aprelin 21-də təsəlliverici görüşə çıxacaq.

Osman Nurməhəmmədov ilk görüşdə alman güləşçi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü Bolqarıstan idmançısına da qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olan Osman aprelin 21-də bürünc medal uğrunda görüşə çıxacaq.

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya) 10:0
1/4 final: Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna) 9:12
Təsəlliverici görüş: Əhmədnəbi Qvarzatilov - Vladimir Yeqorov (Makedoniya)

74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə) 2:3

86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya) 2:10
Təsəlliverici görüş: Hacımurad Məhəmmədsəidov - Nazim Amin (San-Marino)

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya) 10:4
1/4 final: Osman Nurməhəmmədov - Axmed Maqamayev (Bolqarıstan) 7:2
1/2 final: Osman Nurməhəmmədov - Maqomed Kurbanov (Rusiya) 3:6
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa)