09:23 21-04-2021
news_image
55
FUTBOL

Amerika Kuboku azarkeşsiz keçiriləcək – prezident açıqladı

Amerika Kuboku–2020 turniri tamaşaçısız keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu Kolumbiya prezidenti İvan Duke deyib.

O bildirib ki, koronavirus pandemiyası səbəbindən matçlar zamanı tribunalara azarkeşlər buraxılmayacaq: “Turnir tamaşaçısız keçiriləcək. Cənubi Amerika Futbol Konfederasiyasına bu barədə məktub yazmışıq”.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən bu ilə təxirə salınan Amerika Kuboku 13 iyun – 10 iyul tarixlərində Argentina və Kolumbiyada keçiriləcək.