09:29 21-04-2021
news_image
81
FUTBOL

Ardıcıl 3-cü çempionluq – sona 3 tur qalmış rəsmiləşdi

Macarıstan çempionatında çempion bəlli olub.

Apasport.az saytının məlumatına görə, XXX turda “Uypeşt” üzərində 3:0 hesablı qələbə qazanan “Ferensvaroş” qızıl medalları təmin edib.

Sona 3 tur qalmış ən yaxın izləyicisi “Puşkaş”ı 14 xal qabaqlayan Sergey Rebrovun kollektivi əlçatmaz olub və ardıcıl 3-cü çempionluğunu qazanıb.

Bu, “Ferensvaroş”un tarixində 32-ci çempionluqdur.