10:10 21-04-2021
news_image
98
FUTBOL

Ən gənc 10 baş məşqçisi - Premyer Liqa tarixinin

“Tottenhem”də istefaya göndərilən Joze Mourinyonun əvəzinə baş məşqçi təyin olunan Rayan Meyson Premyer Liqa tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, 1992-ci ildən - turnirin Premyer Liqa adlandırıldığı vaxtdan bəri ən gənc baş məşqçisi rekorduna yiyələnib.

Meyson 1998-ci ildə Attilio Lombardonun ələ keçirdiyi rekordu yeniləyib.

Maraqlıdır ki, Premyer Liqa tarixinin ən gənc baş məşqçilərinin çoxu Meyson kimi, müvəqqəti bu posta gətirilənlərdir. Onlar arasında Canluka Vialli, Rud Qullit kimi məşhur simalar da var.

Premyer Liqa tarixinin ən gənc 10 baş məşqçisi:
1. Rayan Meyson (“Tottenhem”) – 29 yaş 10 ay 8 gün
2. Attilio Lombardo (“Kristal Pelas”) – 32 yaş 2 ay 8 gün
3. Kris Koulmen (“Fulhem”) – 32 yaş 7 ay 22 gün
4. Canluka Vialli (“Çelsi”) – 33 yaş 7 ay 27 gün
5. Andre Villaş-Boaş (“Çelsi”) – 33 yaş 9 ay 28 gün
6. Rud Qullit (“Çelsi”) – 33 yaş 11 ay 17 gün
7. Kevin Makdonald (“Lester”) – 34 yaş 1 gün
8. Aleks Neyl (“Norviç”) – 34 yaş 1 ay 30 gün
9. Styuart Pirs (“Nottingem Forest”) – 34 yaş 7 ay 27 gün
10. Pol Jeuell (“Bredford”) - 34 yaş 10 ay 10 gün