10:33 21-04-2021
news_image
402
DİGƏR NÖVLƏR

Avropa çempionu Antalya toplanışında – FOTOSESSİYA

Uzunluğa tullanma üzrə Avropa çempionu Marina Bex-Romançuk bərpa toplanışına start verib.

Apasport.az saytının məlumatına görə, ukraynalı atlet Türkiyədə bərpa olunur.

Bu məqsədlə Antalyaya üz tutan Marina bərpa məşqləri ilə yanaşı istirahətə də vaxt tapır. Antalyanın su hövzəsində fotokamera önündə poza verən Avropa çempionu gözəlliyini də nümayiş etdirib.

Marina paylaşımında Türkiyənin gözəlliyindən də söz açıb: “Hər gün Türkiyəni müxtəlif tərəfdən kəşf edirəm. Möhtəşəm yerdir. Məni emosiyalarla zənginləşdirir”.