11:25 21-04-2021
news_image
100
FUTBOL

“Bizi beş final matçı gözləyir” – millimizin legioneri

“Bəzi oyunlarda şanssızlıqla üzləşməsəydim, daha çox qol vura bilərdim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Ukrayna mətbuatına müsahibəsində deyib.

“Minay” klubunun formasını geyinən yarımmüdafiəçi hazırda 10 qolla bombardirlər yarışında ikinci yerdə qərarlaşır. Ancaq 25 yaşlı kapitan üçün bombardirlik əsas hədəf deyil: “Əlbəttə, bu mövsüm 15-dən çox qol vurmaq istərdim. Ancaq bu baş verməsə də problem deyil. Əsas “Minay”ı elitada saxlamaqdır. Prioritet hədəf məhz budur. “Minay”ı qarşıda beş final matçı gözləyir”.

Qeyd edək ki, “Minay” hazırda 18 xalla 14 komanda arasında 13-cü yerdədir. Premyer Liqaya isə 13 topla “Vorskla”nın hücumçusu Vladislav Kulaç başçılıq edir.