14:00 21-04-2021
news_image
96
FUTBOL

Çempionlar Liqasında yeni formata keçidi tezləşdirir - UEFA

2024/25 mövsümündən formatının dəyişdirilməsi qərara alınan Çempionlar Liqası ilə bağlı daha radikal addımlar atıla bilər.

Apasport.az saytının məlumatına görə, UEFA 36 komandadan ibarət yeni formata mümkün qədər tez keçid etməyin yollarını axtarır.

Bu, klubların eyni turnirdə daha çox oyun keçirməsinə imkan yaradacaq. Qitə futbol qurumu həmçinin 6 milyard avroluq maliyyə paketi ilə Çempionlar Liqası büdcəsini genişləndirmək üçün bir investisiya fondu ilə danışıqlar aparır. Yeni layihənin 2024-cü ildə başlayacağı planlaşdırılsa da, Avropa Superliqası xəbərlərinin yaratdığı xaos UEFA rəsmilərini islahatın daha sürətli həyata keçirilməsini düşünməyə vadar edib.

Qeyd edək ki, Avropanın 12 nəhəng klubu UEFA-nın Çempionlar Liqası iştirakçılarına az maliyyə ayırdığını əsaslandıraraq Superliqa yaratsa da, cəmi iki gün sonra turnirin baş tutmayacağı bildirilib.