14:37 21-04-2021
news_image
399
FUTBOL

Azarkeşlər bazaya hücum çəkdi, futbolçular canlarını güclə qurtardı - VİDEO

Almaniya Bundesliqasının XXX turunda “Arminiya”ya 0:1 hesabı ilə məğlub olan “Şalke” 33 ildən sonra elitanı tərk edib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra Gelzenkirxen klubunun futbolçuları xoşagəlməz sürprizlə qarşılaşıb.

Oyunçular görüşdən sonra bazaya qayıtmaqlarına peşman olublar. Çünki “Şalke” azarkeşləri gecə vaxtı bazaya girərək oyunçulara hücum çəkiblər. “Şalke” futbolçuları canlarını qaçaraq qurtarıblar. 
 
Qeyd edək ki, Bundesliqada sona 4 tur qalmış “Şalke” 13 xalla axırıncı yerdə qərarlaşıb.