15:36 21-04-2021
news_image
131
FUTBOL

Ev sahibliyi Sankt-Peterburqa verilə bilər – AVRO-2020

AVRO-2020-nin final mərhələsinin Dublində keçirilməli olan qarşılaşmaları Sankt-Peterburqa verilə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb İrlandiya paytaxtı azarkeşlərlə bağlı təminat verməməsidir.

Dublin qrup mərhələsinin üç, 1/4 finalın bir matçına ev sahibi olmalıdır. Amma təminat olmadığı üçün UEFA həmin 4 oyunu Rusiyada keçirilməsinin tərəfdarıdır. Bununla bağlı rəsmi qərar yaxın günlərdə verilməlidir.

Qeyd edək ki, Dublində qrup mərhələsinin Polşa, Slovakiya və İsveç yığmaları arasında matçları keçirilməlidir.