09:00 22-04-2021
news_image
110
FUTBOL

Honda “Neftçi”də het-trik etməlidir – Olimpiadaya qatılmaq üçün

“Neftçi”nin futbolçusu Keysuke Hondanın Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmaq arzusu reallaşmaya bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə Yaponiya mətbuatı xəbər yayıb.

Bildirilib ki, “Neftçi” ilə mövsümün sonuna qədər müqavilə imzalayan 34 yaşlı ulduz futbolçunun ən böyük hədəfi ölkəsində keçiriləcək Olimpiadaya qatılmaq olsa da, buna hazır deyil: “Honda Tokio-2020-də oynamağı qarşısına məqsəd qoyub. Bunun üçün Azərbaycanın yüksək liqasında çıxış edən “Neftçi”yə qoşulsa da, indiki halda heç bir şansı yoxdur. Böyük təsir gücü - məsələn, qələbəyə töhfə verən het-trik etmək Olimpiadaya qatılmaq baxımından onu yenidən namizədə çevirə bilər”.

Qeyd edək ki, Yaponiya yığması Olimpiadada CAR, Meksika və Fransa ilə eyni qrupda mübarizə aparacaq.