10:26 22-04-2021
news_image
95
FUTBOL

Riçard Almeydanı itirdi – “Zirə”

İki futbolçu Azərbaycan kubokunda yarımfinalın cavab oyununu buraxacaq.

Apasport.az saytının məlumatına görə, bunlar “Keşlə”nin legioneri Con Kamara və “Zirə”nin milliləşən braziliyalısı Riçard Almeydadır.

Hər iki oyunçu cəzalı duruma düşüb. Onlar iki komanda arasında “ASK Arena”dakı ilk görüşdə sarı vərəqə alıb. Bu, Kamara və Almeydanın turnirdə 2-ci xəbərdarlığı olub.

Bu üzdən də futbolçular aprelin 29-da keçiriləcək cavab görüşünü buraxaq. Onlardan biri kubokda meydana çıxmaq üçün finalı gözləməli olacaqsa, digəri üçün kubok mövsümü başa çatacaq.