10:59 22-04-2021
news_image
73
FUTBOL

“Qardaş, əla görünürsən, mənim qədər olmasa da” – Ronaldo Hamiltona söz atdı

Portuqaliya millisinin və İtaliyanın “Yuventus”un futbolçusu Kriştiano Ronaldo növbəti dəfə sosial şəbəkədəki fəallığı ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu bu dəfə paylaşımı deyil, rəyi ilə özündən söz etdirib.

Ronaldo “Formula-1”in əfsanəsi Luis Hamiltonun paylaşdığı məşqdən sonrakı şəklinə münasibət bildirib: “Qardaş, əla görünürsən, mənim qədər olmasa da”.