11:21 22-04-2021
news_image
103
FUTBOL

İngiltərə Premyer Liqasına gedir – “Seltik”lə “Reyncers”

Şotlandiyanın “Seltik” və “Reyncers” klubları İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, Qlazqo təmsilçilərinin liqasını dəyişməsinin FİFA, UEFA və Böyük Britaniya hökuməti tərəfindən dəstəklənəcəyi gözlənilir.

Bu məsələnin müzakirə ilə bağlı heç bir rəsmi məlumat açıqlanmasa da, Böyük Britaniya mətbuatı mövzunu yenidən gündəmə gətirib. Bildirilir ki, Şotlandiya liqasında rəqabətin yoxluğu səbəbindən əvvəllər də İngiltərəyə üz tutmaq arzusunda olan “Seltik”lə “Reyncers”in istəyi bu dəfə reallaşacaq.

Qeyd edək ki, dünya futbolunda başqa ölkənin liqasında mübarizə aparan klublarla bağlı onlarla nümunə var.