00:46 26-04-2021
news_image
128
FUTBOL

“10-luq” – klubuna sadiq

Türkiyədə güclü azarkeş təzyiqi olduğundan futbolçular eyni klubda uzun müddət qala bilmirlər.

Apasport.az saytının məlumatına görə, Super Liqada komandasına uzun müddət sadiqlik nümayiş etdirən oyunçu sayı olduqca azdır.

Bu yazıda qardaş ölkədə karyerasını davam etdirən və klubuna ən uzun müddətdir xidmət edən 10 oyunçuya göz gəzdirəcəyik.

1. Mahmut Tekdemir (“Başakşəhər”)
“Başakşəhər” akademiyasından çıxan yarımmüdafiəçi 2007-ci ildən əsas komandadadır. 13 il 9 aydır İstanbul təmsilçisinin formasını geyinən Türkiyə millisinin üzvü kapitanlığını etdiyi “Başakşəhər”lə bir Super Liqa çempionluğunu qazanıb.

2. Necip Uysal (“Beşiktaş”)
“Beşiktaş”ın yetirməsi 2009-cu ildə əsas heyətə cəlb olunub. 11 il 9 aydır “ağ-qaralar”ın şərəfini qoruyan yarımmüdafiəçi 6 fərqli mövqedə oynayıb, ümumilikdə 356 matça çıxıb.

3. Ziya Ərdal (“Sivasspor”)
2010-cu ildən “Sivasspor”un əsas komandasında çıxış edən Ziya 10 il 7 aydır bu formanı geyinir. 33 yaşlı sol cinah müdafiəçisi “igidlər”in kapitanlarından biridir.

4. Fernando Muslera (“Qalatasaray”)
Uruqvaylı qolkiper 2011-ci ildə Loik Kana və 6,7 milyon avro qarşılığında “Latsio”dan transfer edilib. 9 il 8 aydır “cim-bom”un uğurları üçün çalışan Muslera kapitanlığa qədər yüksəlib.

5. Edin Viska (“Başakşəhər”)
2011-ci ildə “Jelezniçar”dan 400 min avroya transfer olunan Viska 9 il 8 aydır “Başakşəhər”dədir. İllərdir stabil oyunu ilə seçilən bosniyalı hücumameyilli futbolçu ötən mövsüm komandasının ölkə çempionluğunda böyük rol oynayıb.

6. Halil Akbunar (“Göztəpə”)
Hücumçu 9 il 3 aydır “Göztəpə”nin formasını geyinir. Klubun akademiyasından çıxan 27 yaşlı oyunçu hazırda həm kapitandır, həm də Türkiyə millisinin üzvü.

7. Hakan Arslan (“Sivasspor”)
Hakan “Sivasspor”a 2013-cü ildə “Samsunspor”dan keçib. Sivaslıların heyətində 257 görüşə çıxan yarımmüdafiəçi 8 il 3 aydır “qırmızı-ağlar”ın şərəfini qoruyur.

8. Efecan Karaca (“Alanyaspor”)
“Qalatasaray”ın yetirməsi olan 31 yaşlı yarımmüdafiəçi bir neçə klubda çıxış etdikdən sonra 2013-cü ildə “Alanyaspor”a üz tutub. 7 il 9 ildir Alanya təmsilçisində çıxış edən Efecan II liqadan Super Liqaya qədər yüksələn komandanın kapitanıdır. Bunun sayəsində hazırda Türkiyə millisinə də çağırılır.

9. Atiba Hatçinson (“Beşiktaş”)
Hatçinson “Beşiktaş”a 2013-cü ildə PSV-dən havayı keçib. 7 il 8 aydır bu komandada çıxış edir və kapitanlıq sarğısını daşıyır.

10. Volkan Fındıklı (“Konyaspor”)
Yarımmüdafiəçi “Konyaspor”a 2014-cü ildə “Anadolu Səlçukspor”dan keçib və 6 il 9 aydır Super Liqa təmsilçisində oynayır.