12:50 22-04-2021
news_image
104
FUTBOL

“Futbolçular limon kimi sıxılır və qarşılığında çox az qazanırlar” - Antonio Konte

“Ənənəni unutmamalı, tarixə hörmət etməliyik. İdmana olan həvəsimizin azalmasına imkan vermək olmaz”.

Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Antonio Konte deyib.

Avropa Superliqasının alınmamasına münasibət bildirən təcrübəli mütəxəssis UEFA-nı tənqid etməyi də unutmayıb. O, qitə futbol qurumunun pul bölgüsünü düzgün aparmadığını düşünür: “UEFA turnirlər təşkil edir, bütün hüquqları özündə saxlayır. Lakin gəlirin yalnız minimal hissəsini bu turnirlərdə iştirak edən komandalara verir. Sıx təqvimlər səbəbindən futbolçular limon kimi sıxılır və qarşılığında çox az qazanırlar. Yəni UEFA daha ədalətli mükafat fondu yaratmalıdır”.

Qeyd edək ki, “İnter” də uğursuz layihə kimi tarixə düşən Superliqada iştiraka icazə verən 12 klubdan biri olub.