00:05 23-04-2021
news_image
218
FUTBOL

Klub televiziyasının aparıcısı pərəstişkarlarını aldatdı - FOTOSESSİYA

Ukraynanın “Şaxtyor” klubunun televiziyasının əməkdaşı Olqa Kalencuk diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, gözəlliyi ilə özündən söz etdirən ukraynalı gəlinlik paltarında şəkillərini paylaşıb.

Bununla da Olqa yüzlərlə pərəstişkarını ah çəkməyə vadar edib. Lakin fanatlarını aldadan gözəlçə sonradan həqiqəti açıqlayıb: “Yox, hələ ailə qurmuram. Bu yalnız toy salonu üçün çəkilişlər idi”.

“Şaxtyor TV”nin aparıcısı “Vitebsk” klubunun futbolçusu Maksim Kalençukun kiçik bacısıdır. O, əvvəllər model və “İndi” pop-qrupunun solisti olub.