13:08 22-04-2021
news_image
155
FUTBOL

İspaniyaya gedir? – Mourinyo

İngiltərənin “Tottenhem” klubundan ayrılan Joze Mourinyo karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin xidmətində “Valensiya” maraqlıdır.

A seriyası təmsilçisi Mourinyonu baş məşqçi postuna gətirmək istəyir. Portuqaliyalının özü də tezliklə yeni işə başlamaq arzusunu dilə gətirib.

Qeyd edək ki, mütəxəssisin xidmətində Şotlandiya “Seltik”i də maraqlıdır.