13:25 22-04-2021
news_image

Sərbəst güləşçilərdən fiasko - 13 ildə ilk

Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, güləşçilərimiz turnirdən fiasko ilə ayrılıb.

Uzun illər yarışın favoritləri sırasında olan yığmamız bu dəfə də qızıla həsrət qalıb. Komandamız ardıcıl ikinci dəfədir Avropa çempionu adını qazana bilmir.

Bu, son 13 ildə ilk belə uğursuzluqdur. Sərbəst güləşçilərimizin ardıcıl ən azı 2 dəfə qızılsız qalmasına sonuncu dəfə 2004-08-ci illərdə təsadüf olunub. Həmin vaxt 5 çempionatda qızıl medal əldə edilməyib.

Qeyd edək ki, Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə yığmamızda Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.

il

qızıl

gümüş

bürünc

1993

0

1

0

1994

1

0

0

1995

2

0

1

1996

1

0

2

1997

0

1

0

1998

0

0

0

1999

0

0

0

2000

0

0

0

2001

0

0

0

2002

1

1

1

2003

1

0

0

2004

0

0

1

2005

0

1

0

2006

0

1

0

2007

0

0

1

2008

0

0

4

2009

4

1

1

2010

3

1

1

2011

2

0

3

2012

1

0

1

2013

0

0

2

2014

2

2

0

2015

Keçirilməyib

2016

0

2

1

2017

1

3

1

2018

2

2

4

2019

3

1

2

2020

0

1

4

2021

0

1

3