14:54 22-04-2021
news_image
176
FUTBOL

Aquero “Barselona” ilə maliyyədə anlaşdı – bir şərti qaldı

“Mançester Siti”nin hücumçusu Serxio Aquero “Barselona” ilə danışıqları müsbət yekunlaşdırıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard klubun təklif etdiyi maliyyə şərtlərinə razılıq verib.

Ancaq keçidin reallaşması üçün 32 yaşlı oyunçunun bir şərti qalıb. Əgər kapitan Lionel Messi kataloniyalılarda qalsa, o zaman Serxio 2 illik müqaviləyə qol çəkəcək. O, ispanlara azad agent kimi keçəcək.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən formasını geyindiyi “Mançester Siti”dən mövsümün sonunda ayrılacağını açıqlayıb.