15:20 22-04-2021
news_image
493
FUTBOL

Super Liqa klubunun maraq dairəsində - “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov gənc yaşda legioner həyatı yaşaya bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 20 yaşlı hücumameyilli futbolçunun Türkiyədə çıxış etmək variantı yaranıb.

Avropanın nisbətən aşağı reytinqli çempionatlarını diqqət mərkəzində saxlayan “Rizəspor”un skautları universallığı ilə diqqət çəkən Toralın oyununu bəyənib. Artıq milli komandamıza da dəvət olunan Bayramovun adı rizəlilərin transfer siyahısında var. Əgər baş məşqçi Bülənt Uyqun da razılıq verərsə, rəhbərlik mövsümün sonunda bu transfer üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 17 matçda iştirak edən Toral Bayramov aktivinə 2 qol yazdırıb.