20:29 22-04-2021
news_image

Daha 2 güləşçimiz üçün bürünc şansı – Avropa çempionatında

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, dördüncü yarış günündə iki qadın güləşçimiz mübarizəyə qoşulub.

Tatyana Varansova debütdə rusiyalı rəqibinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Varansova bürünc medal görüşünə çıxacaq.

İrina Netreba startda Belarus güləşçisinə qalib gəlib. Yığmamızın üzvü 1/4 finalda Bolqarıstan təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ukraynalı ilə rəqibinə uduzan Netreba bürünc medal görüşünə çıxacaq.

Bu çəkilərdə medal görüşləri aprelin 23-də Bakı vaxtı ilə saat 20:00-də başlayacaq.

53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya) - 0:4
Bürünc medal görüşü: Tatyana Varansova - Yuliya Leorda (Moldova)

65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus) - 2:0
1/4 final: İrina Netreba - Sofiya Georgiyeva (Bolqarıstan) - 10:4
1/2 final: İrina Netreba - Tatyana Rijko (Ukrayna) - 1:11
Bürünc medal görüşü: İrina Netreba - Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya)