15:45 22-04-2021
news_image
331
FUTBOL

Türkiyəli modelə göndərdiyi mesaj yayıldı - Kilian Mbappenin

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe şəxsi həyatı ilə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun türkiyəli model Yağmur Taktaşa göndərdiyi mesaj mətbuatda yayılıb.

Bir müddət əvvəl İstanbulda olarkən Taktaşla bir oteldə görüşən Fransa millisinin üzvünün görünür, ondan çox xoşu gəlib. Çünki Mbappe sosial şəbəkə vasitəsilə 23 yaşlı modelə İstanbulda yenidən görüş təklif edib.

Taktaş futbolçunun oteldən bir şəkillə görüşmək istəyinin yer aldığı mesajın ekran görüntüsünü paylaşıb.

Qeyd edək ki, Yağmur Taktaşa ilk dəfə Türkiyə millisinin sabiq futbolçusu Əmrə Morla görüşməklə məşhurlaşıb.