10:17 25-04-2021
news_image
151
FUTBOL

Əlçatmaz Saşa Stamenkoviç, etibarlı Voislav Stankoviç - SİYAHI

Azərbaycan Premyer Liqasının cari mövsümündə meydana çıxan legionerlər arasında ən çox oyun keçirənlərin siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, milliləşən legionerlər nəzərə alınmasa, mütləq rekord Saşa Stamenkoviçə məxsusdur.

“Sabah”ın serbiyalı qapıçısı digər əcnəbiləri qabaqlayır. Onun “Neftçi”dəki həmyerlisi Voislav Stankoviç ikincidir. “Keşlə”nin paraqvaylı oyunçusu Sezar Meza Kollinin milliləşdirilməsi gündəmdə olsa da, FİFA-ya bununla bağlı müraciətinin cavabını gözləyən AFFA-nın gözü hələ də yoldadır. Bu üzdən legioner statusunu qoruyan Sezar siyahıda 3-cüdür.

1. Saşa Stamenkoviç - 154


2. Voislav Stankoviç - 142


3. Sezar Meza Kolli - 101


4. Filip Ozobiç - 97


5. Stiven Jozef-Monroz - 77