10:07 27-04-2021
news_image
1268
FUTBOL

AFFA-nın 11 tapıntısı – Türkiyəni üzən 25-lik

Başqa ölkələrin millilərində çıxış edən Türkiyə əsilli futbolçularla bağlı araşdırma aparılıb.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə mətbuatı diqqət çəkən 25 oyunçunun siyahısını dərc edib.

Məqalədə onların çoxunun Türkiyə millisinin gücünə güc qatacaq səviyyədə olduğu, lakin digər yığmaları üstün tutduqları vurğulanıb. Mehmet Şoll, İlkay Gündoğan, Əmrə Can və Məsut Özil kimi futbolçuların vaxtilə Almaniya millisini seçmələri türkiyəli futbol azarkeşlərini hələ də məyus edir.

Siyahıdakı ən yaxşı 25 futbolçu sırasına Azərbaycan yığmasına cəlb olunanlardan heç birinin düşməməsi başadüşüləndir. Çünki indiyə qədər AFFA tərəfindən milliləşdirilən Türkiyə əsilli 11 oyunçudan heç biri yerli yığmaya nəinki düşəcək, hətta alternativ variant sayılacaq səviyyədə də olmayıb. Azərbaycan yığması üçün gətirilənlər heç Lixtenşteynə cəlb olunanlar səviyyəsində də sayılmır.

Qardaş ölkə mətbuatının müəyyənləşdirdiyi ən yaxşı 25 Türkiyə əsilli və Azərbaycan yığması üçün milliləşdirilən futbolçuları təqdim edirik:

Almaniya (7): Mehmet Şoll, Mustafa Doğan, Sərdar Taşçı, Kərəm Dəmirbay, İlkay Gündoğan, Əmrə Can, Məsut Özil
Avstriya (6): Vəli Kavlak, Yasin Pəhləvan, Ümit Qorxmaz, Ramazan Özcan, Əkrəm Dağ, Yusuf Dəmir
İsveçrə (5): Ərən Dərdiyok, Gökhan İnlər, Kubilay Türkyılmaz, Hakan Yakın, Murat Yakın
İsveç (3): Cimmi Durmaz, Ərkan Zəngin, Kennedi Bakırcıoğlu
Lixtenşteyn (2): Cengiz Biçər, Seyhan Yıldız
İngiltərə (1): Leon Osman
Niderland (1): Uğur Yıldırım
Azərbaycan (11): Sərtan Taşkın, Cihan Özkara, Dəniz Yılmaz, Əli Gökdəmir, İltər Taşkın, Pərdis Fərcad-Azad, Tuğrul Erat, Ufuk Budak, Uğur Pamuk, Emin Nuri, Ozan Can Kökçü