20:45 22-04-2021
news_image

Yunan-Roma güləşçilərimizin rəqibləri bilindi – Avropa çempionatında

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. 

Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

55 kq
1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan)

60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus)

63 kq
1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan)

67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya)

72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova)

77 kq
1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya)

82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova)

97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan)