11:31 23-04-2021
news_image
281
FUTBOL

Futbol tarixinin ən dəyərli pulsuz transferləri – “10-luq”

Lionel Messi, Canluici Donnarumma, David Alaba kimi ulduz futbolçuların klubları ilə müqavilə müddəti mövsümün sonunda başa çatır.

Apasport.az saytının məlumatına görə, transfer dəyəri müvafiq olaraq 80, 60 və 55 milyon avroya bərabər olan oyunçular yayda istənilən kluba azad agent kimi keçə bilər.

Bu baş tutarsa, Messi başqa kluba havayı yollanan ən dəyərli futbolçu kimi tarixə düşəcək. İndiyə qədər pulsuz bir klubdan digərinə keçən ən dəyərli 10 oyunçunun adı açıqlanıb. Transfer zamanı onların qiyməti də yazıda qeyd olunub.

1. Robert Levandovski - 50 milyon avro
2014-cü il: Dortmund “Borussiya”sından “Bavariya”ya

2. Stefan de Vriy - 40 milyon
2018-ci il: “Latsio”dan “İnter”ə

3. Leon Goretska - 40 milyon
2018-ci il: “Şalke”dən “Bavariya”ya

4. Aaron Remsi - 40 milyon
2019-cu il: “Arsenal”dan “Yuventus”a

5. Mixael Ballak - 35 milyon
2006-cı il: “Bavariya”dan “Çelsi”yə

6. Adrien Rabyo - 35 milyon
2019-cu il: PSJ-dən “Yuventus”a

7. Hames Rodriges - 32 milyon
2020-ci il: “Real”dan “Everton”a

8. Əmrə Can - 30 milyon
2018-ci il: “Liverpul”dan “Yuventus”a

9. Santi Mina - 30 milyon
2019-cu il: “Valensiya”dan “Selta”ya

10. Ander Errera - 25 milyon
2019-cu il: “Mançester Yunayted”dən PSJ-yə