22:54 23-04-2021
news_image
294
FUTBOL

“Silsiləvi qatillər” – AVRO-2020-yə doğru

Avropa çempionatlarının final mərhələlərinin fərdi qol seriyaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu ilin iyunun 11-də start götürəcək AVRO-2020 ərəfəsində ardıcıl 3 və ya daha çox oyunda qol sevinci yaşayanların cədvəlinə 11 futbolçu daxil edilib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına Mişel Platini başçılıq edir. Fransalı ulduz ardıcıl 5 matçda meydanı qolsuz tərk etməyib. O, bu qarşılaşmalarda 9 dəfə fərqlənib.

Rəqibləri üçün “silsiləvi qatil”ə çevrilənlərin cədvəlində ikinci yerə Savo Miloşeviçlə Milan Baroş şərikdir. Onlar ardıcıl 4 görüşdə 5 dəqiq “atəş açıb”.

8 futbolçu ardıcıl 3 oyunda qol sevinci yaşayıb. Patrik Klyuvertlə Antuan Qrizmann bu üç matçda 5, Alan Şirerlə Ruud van Nistelroy isə 4 qola imza atıb. Digər dörd oyunçu 3 görüşün hərəsində bir dəfə rəqib qapısına yol tapıb.

yer

futbolçu

komanda

seriya

il

oyunlar

1

Mişel Platini

Fransa

5

1984

Danimarka 1:0 (1), Belçika 5:0 (3), Yuqoslaviya 3:2 (3), Portuqaliya 3:2 (1), İspaniya 2:0 (1)

2

Savo Miloşeviç

Yuqoslaviya

4

2000

Sloveniya 3:3 (2), Norveç 1:0 (1), İspaniya 3:4 (1), Niderland 1:6 (1)

 

Milan Baroş

Çexiya

4

2004

Latviya 2:1 (1), Niderland 3:2 (1), Almaniya 2:1 (1), Danimarka 3:0 (2)

4

Viktor Ponedelnik

SSRİ

3

1960, 1964

Çexoslovakiya 3:0 (1), Yuqoslaviya 2:1 (1), Danimarka 3:0 (1)

 

Tomas Brolin

İsveç

3

1992

Danimarka 1:0 (1), İngiltərə 2:1 (1), Almaniya 2:3 (1)

 

Xristo Stoiçkov

Bolqarıstan

3

1996

İspaniya 1:1 (1), Rumıniya 1:0 (1), Fransa 1:3 (1)

 

Alan Şirer

İngiltərə

3

1996

İsveçrə 1:1 (1), Şotlandiya 2:0 (1), Niderland 4:1 (2)

 

Patrik Klyuvert

Niderland

3

2000

Danimarka 1:0 (1), Fransa 3:2 (1), Yuqoslaviya 6:1 (3)

 

Ruud van Nistelroy

Niderland

3

2004

Almaniya 1:1 (1), Çexiya 2:3 (1), Latviya 3:0 (2)

 

Qaret Beyl

Uels

3

2016

Slovakiya 2:1 (1), İngiltərə 1:2 (1), Rusiya 3:0 (1)

 

Antuan Qrizmann

Fransa

3

2016

İrlandiya 2:1 (2), İslandiya 5:2 (1), Almaniya 2:0 (2)

Ruslan Sadıqov