12:24 23-04-2021
news_image
234
AVRO-2020

Bilbaonun əvəzinə Sevilya – AVRO-2020

Avropa çempionatının ev sahibliyi Bilbaodan Sevilyaya keçir.

Apasport.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, azarkeşlərlə bağlı təminat vermədiyi üçün ev sahibliyi əlindən alınan Bilbaonun əvəzinə AVRO-2020-nin matçları Sevilyada baş tutacaq. UEFA turnirə təşkilatçılıq edəcək bütün şəhərlərin yekun siyahısını bu gün açıqlayacaq. Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London və Roma oyunları tamaşaçı ilə qəbul etməyə hazır olduqlarını təsdiqləyib. Münhen və Dublinin taleyi isə sual altındadır.

Qeyd edək ki, AVRO-2020-nin oyunları 11 iyun - 11 iyul tarixlərində keçiriləcək.