11:14 25-04-2021
news_image
255
FUTBOL

“Qəbələ”nin tapıntıları və başqaları - SİYAHI

Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən ən məhsuldar legionerlər bəlli olub.

Apasport.az saytı əcnəbi statusu daşıyan 7 bombardiri təqdim edir.

Cədvəlin ilk sırasında Filip Ozobiç qərarlaşıb. Xorvatiyalı “Qəbələ” və “Qarabağ”da 37 qola imza atıb.

“Qəbələ” və “Neftçi”də 24 dəfə fərqlənən Stiven Jozef Monroz ikinci sıradadır. 13 və daha çox qol vuran 7 legioner 6 müxtəlif klubda çıxış edir. Yalnız “Qarabağ”ın iki təmsilçisi cədvələ düşüb.

Amma “Qəbələ” də fərqlənməyi bacarıb.  Məhsuldar 7 legionerdən 4-nü taparaq ölkəmizə gətirən məhz “qırmızı-qaralar” olub.
    
1. Filip Ozobiç - 37


2. Stiven Jozef-Monroz - 24


3-4. Abdullah Zubir - 16


3-4. Davit Volkov - 16


5-7. Ceyms Adeniyi - 13


5-7. Xulio Sezar Rodriges - 13


5-7. Sezar Meza Kolli - 13