13:36 23-04-2021
news_image
163
FUTBOL

“Qalatasaray”ın prezidentliyinə yenidən namizəd oldu - Mustafa Cengiz

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz növbəti seçkilərdə də namizədliyini irəli sürəcək.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri səhhətində ciddi problemlər yaranmasına baxmayaraq, postunda qalmaqda qərarlıdır.

İdarə Heyətinin istefa verməsini istədiyi tam fərqli addım atıb. Bununla “cim-bom”da prezidentliyə namizədlərin sayı 5-ə yüksəlib. Mustafa Cengizə qədər Burak Elmas, Mətin Öztürk, Tuncer Hunca və Əşrəf Hamamcıoğlu da iddiasını ortaya qoyub.

“Sarı-qırmızılılar”ın vitse-prezidentləri Abdürrahim Albayrak və Yusuf Günay isə sabiq prezident Dursun Özbəkə namizəd olmağı təklif edib. Onların fikrincə, iyunda ödənilməli olan 300 milyon lirəlik borcu yalnız Özbək qarşılaya bilər.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri mayın 29-da keçiriləcək.