14:05 23-04-2021
news_image
146
FUTBOL

“Bundan dərs götürəcəyik” – Superliqanın sponsoru

Uğursuzluğa düçar olan Superliqaya sponsorluq etməli olan ABŞ-ın “JP Morgan” bankı bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, şimali amerikalılar layihə ilə bağlı səhvlərinə etiraf ediblər.

Bu, bankın bəyanatında da əksini tapıb: “Aydındır ki, biz bu anlaşmanın geniş futbol ictimaiyyəti tərəfindən necə qarşılanacağını və onun gələcək təsirini düzgün qiymətləndirməmişik. Bundan dərs götürəcəyik”.

Qeyd edək ki, “JP Morgan” Superliqa üçün 3,25 milyard avro ayırmağı planlaşdırırdı.