15:30 23-04-2021
news_image
136
FUTBOL

UEFA təşkilatçı şəhərləri təsdiqlədi - AVRO-2020

UEFA İcraiyyə Komitəsi AVRO-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin yekun siyahısını təsdiqləyib.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, təşkilatçı şəhərlərin sayı 12-dən 11-ə endirilib.

Buna səbəb azarkeşlərlə bağlı təminat verməyən Dublindəki qrup qarşılaşmalarının Sankt-Peterburqa, 1/8 final mərhələsindəki görüşün isə Londona həvalə olunmasıdır. Eyni səbəbdən Bilbaodan alınan ev sahibliyi İspaniyanın digər şəhəri Sevilyaya verilib. Münhen rəsmiləri isə matçlarda minimum 14 min 500 tamaşaçı qəbulu barədə təminat verib.

Qeyd edək ki, Bakı da daxil olmaqla 11 şəhərdə baş tutacaq AVRO-2020 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.