16:40 23-04-2021
news_image
162
FUTBOL

“Lill”in hücumçusunu alır – “Real”

İspaniyanın “Real” klubunun transfer etmək istədiyi hücumçu bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Fransa “Lill”inin forvardı Conatan Devidi heyətinə qatmaq niyyətindədir.

Madridlilər kanadalını bu yay transfer etməyi planlaşdırır. Killian Mbappe və Erlinq Haland kimi bahalı oyunçuları heyətinə qatmaq üçün maliyyə imkanları olmayan “Real” hələlik Conatanla kifayətlənmək fikrindədir.

Qeyd edək ki, şimali amerikalı “Arsenal”, “Mançester Yunayted” və “Barselona”nın da maraq dairəsindədir.