00:08 28-04-2021
news_image
123
FUTBOL

Eyni mövsümdə ən çox qol vuran cütlük – XXI əsrdə

XXI əsrdə eyni mövsümün ən məhsuldar tandemləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 5 cütlüyün müəyyənləşdiyi siyahıda komandaları adına bir mövsümdə ən çox fərqlənən iki futbolçunun vurduqları qolların cəmi hesaba alınıb.

“Barselona”nın kapitanı Lionel Messinin müxtəlif mövsümlərdə fərqli futbolçu ilə qolunun cəmi ilk “beşliy”ə düşüb.

1. Luis Suarez & Lionel Messi (“Barselona”) - 100 qol
2015/16 mövsümü: Suares 59, Messi 41 qol

2. Lionel Messi & Neymar (“Barselona”) - 97 qol
2014/15 mövsümü: Messi 58, Neymar 39 qol

3. Kriştiano Ronaldo & Kərim Benzema (“Real”) - 92 qol
2011/12 mövsümü: Ronaldo 60, Benzema 32 qol

4. Lionel Messi & Sesk Fabreqas (“Barselona”) - 88 qol
2011/12 mövsümü: Messi 73, Fabreqas 15 qol

5. Robert Levandovski & Serj Qnabri (“Bavariya”) - 78 qol
2019/20 mövsümü: Levandovski 55, Qnabri 23 qol