17:39 23-04-2021
news_image
242
FUTBOL

Flikin “Bavariya”dan getmə səbəbi – transfer arzusu

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flikin postundan ayrılmağa qərar verməsinin səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, alman çalışdırıcı ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaranıb.

Bu problem hələ ötən yay transfer dövründə baş verib. Flik rəhbərlikdən üç oyunçunun transferini istəsə də, onların heç biri alınmayıb. Bunlar Dortmund “Borussiya”sından Əmrə Can, “Herta”dan Arne Mayer və “Kristal Pelas”ın sabiq oyunçusu Maks Mayer idi.

Qeyd edək ki, Flik 2019-cu ilin noyabrında “Bavariya”nın baş məşqçi postunda Niko Kovaçı əvəzləyib.