17:52 23-04-2021
news_image
158
FUTBOL

“Milan”la razılaşmır – “Yuventus”un diqqət mərkəzində

Hücumçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayan “Milan” yarımmüdafiəçi Hakan Çalhanoğlu ilə ortaq məxrəcə gələ bilmir.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin futbolçusu ilə danışıqlar növbəti dəfə dayandırılıb.

Buna səbəb 27 yaşlı oyunçunun bu dəfə də təklifi qəbul etməməsi olub. Hakan yalnız tələb etdiyi maaşın ödənilməsi təqdirində buna razılıq verəcəyini bildirib. Futbolçunun transferində İtaliyanın digər təmsilçisi “Yuventus” da maraqlıdır. Prosesləri diqqətdə saxlayan Turin təmsilçisi tezliklə orta sahə oyunçusu ilə danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, Hakan Çalhanoğlunun “Milan”la müqavilə müddəti mövsümün sonuna qədərdir.