11:32 24-04-2021
news_image
118
FUTBOL

“Barselona”dan 4 illik müqavilə - Fati üçün

İspaniyanın “Barselona” klubu futbolçusu Ansu Fati ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi gənc hücumçunu 2026-cı ilə qədər heyətində saxlamaq niyyətindədir.

18 yaşlı istedadın hazırkı müqaviləsi 2022-ci ildə başa çatır. Klub rəhbərliyi onu daha 4 il uzatmağı planlaşdırır. Onun anlaşmasında transfer qiyməti kimi  400 milyon avro təşkil edir.

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən futbolçu uzun müddətdir komandasına kömək edə bilmir.