12:30 24-04-2021
news_image
91
FUTBOL

Anyellinin taleyi həll olunacaq – mayın 27-də

İtaliyanın “Yuventus” klubunun prezidenti Andrea Anyellinin taleyinə mayın 27-də aydınlıq gələcək.

Apasport.az saytının məlumatına görə, həmin gün Turin klubuna nəzarət edən holdinqin səhmdarlarının ümumi toplantısı keçiriləcək.

Yığıncaqda Anyellinin vəzifəsində qalıb-qalmamasına baxılacaq. Həmçinin onun təşəbbüskarlarından biri olduğu Superliqa ilə bağlı məsələlər müzakirə olunacaq, vacib qərarlar veriləcək.

Qeyd edək ki, “Yuventus” aprelin 19-a yaradılan, lakin təzyiqlər üzündən iflasa uğrayan Superliqanın yaradıcılarından biri olub.