13:42 24-04-2021
news_image
145
FUTBOL

30 funtdan 2 funta düşdü - Superliqa klublarının geyimi

İflasa uğrayan Superliqa layihəsinə qatılan klublar növbəti zərbə alıb.

Apasport.az saytının məlumatına görə, “Wholesale Clearance UK” şirkəti qitənin 12 aparıcı klubunu aşağılayacaq addım atıb.

Məsələ ondadır ki, Superliqanın yaradıcıları turnir üçün xüsusi yeni futbolkalar hazırladıb. Bu geyimlərdən 70 min ədədi bir mağazada 30 funt sterlinqə satılması planlaşdırılmışdı.

Layihənin çökməsindən sonra “Wholesale Clearance UK” bütün geyimləri topdan alaraq 2 funt sterlinqdən satışa çıxarıb. Hər futbolkada 28 funt sterlinq ziyana düşməyi də qəbul edən şirkət elanında da “qiyamçılara” “ilişib”: “Bu maykaların xoşbəxt sahiblərindən olmaq istəyirsinizsə, əla şansınız var. Bu geyimlər onların sahiblərinin nə qədər dəhşətli olduğunu xatırlatmalıdır. 6 böyük klubu dəstəkləyən dostlarınıza vermək üçün əla hədiyyədir. Ya da siz maykanı alıb cıra və ya yandıra bilərsiniz”.

Qeyd edək ki, 12 klubdan altısı İngiltərə nəhəngləri “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Liverpul” və “Tottenhem” idi.