14:25 24-04-2021
news_image
184
FUTBOL

10 milyonluq maaş - Donnarummaya

İtaliyanın “Yuventus” klubu “Milan”ın qapıçısı Canluici Donnarummanın transferi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi qolkiperin agenti Mino Rayola ilə danışıqlarda cəlbedici təkliflə çıxış edib.

“Ağ-qaralar” Canluiciyə ildə 10 milyon avro maaş ödəməyə hazırdır. Bu da 22 yaşlı qapıçını qane edir. Bu üzdən də onun yayda klubunu dəyişəcəyi gözlənilir. Əgər Donnarummanın keçidi baş tutsa, Voytseh Şensnı “Yuventus”dan gedəcək.

Qeyd edək ki, yayda azad agent statusu alacaq Donnarumma cari mövsüm 42 matçda 51 qol buraxıb.