22:45 24-04-2021
news_image
106
FUTBOL

PSJ-yə lazım olmadı – italiyalı müdafiəçi

Fransanın PSJ klubu “Roma”dan icarəyə götürdüyü Alessandro Florensi ilə bağlı qərarını verib.

Apaspor.az saytının məlumatına görə, parislilər müdafiəçi heyətində saxlamağa ehtiyac duymayıb.

Buna baş məşqçi postundakı dəyişiklik də səbəb olub. Tomas Tuxeli əvəzləyən Maurisio Poçettino italiyalıya güvənmir.

İcarə müqaviləsinə əsasən PSJ 9 milyon avro ödəməklə müdafiəçinin transferini rəsmiləşdirmək hüququna malikdir. Amma fransalılar 2020-ci ilin sentyabrında komandaya qoşulan futbolçunu almağı məqsədəuyğun saymır.

Qeyd edək ki, Florensi cari mövsümdə 30 oyunda 2 qol vurub.