10:38 25-04-2021
news_image
228
FUTBOL

“Liverpul”da ilk - Salahdan

Misirli futbolçu Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, afrikalı mersisaydlıların heyətində 3 mövsümdə Premyer Liqada 20 və daha çox qol vuran ilk futbolçu olub.

O, “Nyukasl”la bugünkü qarşılaşmada (1:1) 20-ci qoluna imza atıb. Salah 2017/18 mövsümündə 32, 2018/19 mövsümündə 22 dəfə fərqlənib. Misirli 19 qola imza atdığı ötən mövsümdə buna nail olmayıb.

Qeyd edək ki, Salaha qədər rekord hərəyə 2 mövsümdə 20 və daha çox qol vuran Luis Suareslə Robbi Faulerə məxsus idi.