22:25 25-04-2021
news_image
78
FUTBOL

“Mançester Siti” ardıcıl 4-cü dəfə qazandı – Liqa Kubokunu

İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti” ilə “Tottenhem” “Uembli” stadionunda final matçına çıxıb.

Həlledici qarşılaşmanın taleyini 1 qol həll edib. Aymerik Laportenin 82-ci dəqiqədə vurduğu yeganə top “şəhərlilər”i qələbəyə daşıyıb. Bununla “Mançester Siti” ardıcıl 4-cü, ümumilikdə isə 8-ci dəfə Liqa Kubokunu muzeyinə aparıb. “Tottenhem” isə 9-cu dəfə çıxış etdiyi final görüşündə 5-ci yenilgisini alıb.

Qeyd edək ki, Çempionlar Liqasında yoluna davam edən “Mançester Siti” Premyer Liqada da çempionluğa çox yaxındır.

İngiltərə Liqa Kuboku
Final
“Mançester Siti” – “Tottenhem” – 1:0

Laporte, 82