09:26 26-04-2021
news_image
81
FUTBOL

İki rekord təkrarladı - Tuxel

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel klubun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın XXXIII turunda “Vest Hem”lə görüşdə baş tutub.

“Zadəganlar” 1:0 hesabı ilə qalib gəldiyi matçda Tuxelin rəhbərliyi altında 10-cu dəfə qol buraxmadan rəqibini məğlub edib. Almaniyalı mütəxəssis bununla londonluların sabiq çalışdırıcısı Felipe Skolarinin 2008-ci ildəki rekordunu təkrarlayıb.

Bundan başqa, Tuxel ilk 10 səfər görüşündə məğlub olmamaqla Klaudio Ranyerinin də rekordunu təkrarlayıb.