10:06 26-04-2021
news_image
899
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədova ad günü hədiyyəsi – anası haqqında kitab yazdı

Azərbaycan şahmatçısı Rauf Məmmədova həsr olunan kitab çap olunub.

Apasport.az saytının məlumatına görə, bunu qrossmeysterin anası Lətifə Oruc öz feysbuk səhifəsində açıqlayıb.

O, müəllifi olduğu “Sirli gedişlər” romanının oğlunun ad gününə hədiyyə olaraq hazırlayıb. Kitab bu gün işıq üzü görüb.

Lətifə Oruc romanı yazmaqda məqsədini də gizlətməyib: “Əsas məqsədim cəmiyyətdə müxtəlif sahələrdə xüsusilə hüquq sahəsində baş verən hadisə və proseslər haqqında öz fikir, ideyalarımı ictimaiyyətə çatdırmaqdır. Bu fikir və qənaətlər əsasən real həyatda baş verən, eşitdiyim, oxuduğum, gördüyüm hadisələr və biliklər əsasında formalaşıb. Eyni zamanda “Sirli gedişlər” romanının yazılmasında həyatda hüquq aləmində olan qəribə hadisələr şahmatdakı sirli gedişlərlə müqayisə edilir”. 

Əsərdə şahmatçılarımızın vətənpərvərlik və fantaziya, düşüncə səviyyəsi işıqlandırılıb. “Sirli gedişlər” Azərbaycan şahmatçılarına həsr edilən ilk iri həcmli əsərdir.

Lətifə Orucun müəllifi olduğu romana ön sözü xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı yazıb.

Qeyd edək ki, bu gün Rauf Məmmədovun 33 yaşı tamam olur.